BMT rəsmisi: “Minalar təhlükə mənbəyidir”
Azvision.az xəbər verir ki, bunu BMT rezident nümayəndəsinin müavini Çaru Bist Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.
“Biz birlikdə əməkdaşlıq etməliyik ki, mina təhlükələrini aradan qaldıraq. Ümid edirik ki, hökumət, BMT qurumları və digər təşkilatlar arasında minalardan təmizlənmə istiqamətində əməkdaşlıq bundan sonra da davam edəcək. Biz ANAMA ilə əməkdaşlıq edirik. Ötən illər ərzində səmərəli əməkdaşlıq etmişik və qarşıdan gələn müddət ərzində də texniki ekspertiza, avadanlıqlar və digər istiqamətlərdə Azərbaycana dəstək göstərməkdə davam edəcəyik”, - deyə BMT qeyd edib.
Azvision.az
Teqlər: BMT Nümayənd Mina Təhülkə







Vaxtında, Aydın, Lazımlı!


