Ermənistanda merin iştirakı ilə atışma olub

Ermənistanda merin iştirakı ilə atışma olub
  05 Aprel 2021    Oxunub:1101
Ermənistanın Çaxkadzor kurort şəhərində yerləşən “Royal” kazinosu yaxınlığında atışma baş verib.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, insident dünən gecə baş verib. Hadisə yerindən güllə izləri olan avtomobil, gilizlər tapılıb.

Məlumata görə, hadisədə şübhəli bilinənlər arasında Ermənistan şəhərlərindən birinin meri də var və o, hazırda axtarılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti