Ermənistanda koronavirusa yoluxma sayı 197 mini ötdü

Ermənistanda koronavirusa yoluxma sayı 197 mini ötdü
  05 Aprel 2021    Oxunub:1392
Ermənistanda son sutka ərzində 479 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 197 113 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 22 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3614-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 923 nəfərdir. Aktiv xəstələrin sayı 176 889 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  



Xəbər lenti