“Yeni səfirimiz bizdən daha çox çalışacaq” - Erkan Özoral

 “Yeni səfirimiz bizdən daha çox çalışacaq” -    Erkan Özoral
  05 Aprel 2021    Oxunub:1919
Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Cahid Bağçı Azərbaycanı tanıyan və sevən bir həmkarımızdır.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, bu günə qədər Türkiyə və Azərbaycan arasında münasibətlərinin inkişafı üçün çox çalışıblar:

“Əminəm ki, yeni səfirimiz münasibətlərin inkiafı üçün bizdən daha çox çalışacaq”, - deyə E.Özoral qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana yeni səfir təyin olunub.

Azvision.az


Teqlər: Türkiyə   Səfir  






Xəbər lenti