Azərbaycanla İsrail arasında 20 sənəd layihəsi nəzərdən keçirilir

 Azərbaycanla İsrail arasında 20 sənəd layihəsi nəzərdən keçirilir
  05 Aprel 2021    Oxunub:1450
Azərbaycanla İsrail arasında möhkəm ikitərəfli münasibətlər və yaxşı dostluq əlaqələri mövcuddur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və bunu yüksək qiymətləndiririk. Yaxın və qarşılıqlı faydalı əməkdaşlığımız siyasi, iqtisadi, hərbi və digər sahələri əhatə edir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “İsrael Hayom” nəşrinə müsahibəsində deyib. Nazir bildirib ki, Azərbaycan-İsrail tərəfdaşlığı güclü, hərtərəfli və çoxşaxəlidir.

Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək
“Ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunuq. Əməkdaşlığımızı inkişaf etdirmək üçün 10-dan çox müqavilə imzalamışıq, daha 20 müxtəlif layihə nəzərdən keçirilir. Bu sənədlər əlaqələrimizin inkişafı üçün yaxşı bir çərçivədir", - deyə C.Bayramov əlavə edib.

XİN rəhbərinin sözlərinə görə, iki ölkə liderlərinin şəxsi münasibətləri dövlətlərarası tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Baş nazir Benyamin Netanyahu Azərbaycana 2016-cı ilin sonlarında gəldi. Bu səfər çox məhsuldar oldu. Bir sıra mühüm sənədlər imzalandı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CeyhunBayramov   İsrail  





Xəbər lenti