Bakı İsraillə İran arasında vasitəçilik edə bilər? - Nazirdən cavab

 Bakı İsraillə İran arasında vasitəçilik edə bilər? -  Nazirdən cavab
  05 Aprel 2021    Oxunub:2106
Biz Yaxın Şərq bölgəsindəki inkişafları diqqətlə izləyirik. Hər zaman sülh və təhlükəsizliyin bərqərar olmasına çağırırıq.

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “İsrael Hayom” nəşrinə müsahibəsində deyib.
Azərbaycanın İsrail ilə İran arasında vasitəçilik etmək imkanları barədə sualı cavablandıran XİN başçısı bildirib:

“Biz bunun bütün bölgənin inkişafına və çiçəklənməsinə töhfə verəcəyinə inanırıq. Hər zaman regional, qlobal səviyyədə təhlükəsizlik və əməkdaşlığa töhfə verməyə hazırıq", - deyə nazir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CeyhunBayramov  



Xəbər lenti