Daha 99 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırıldı

   Daha 99 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırıldı
  05 Aprel 2021    Oxunub:1309
Mart ayının 29 mart -2 aprel tarixlərində 99 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 223 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə 19 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb və 2 şəhid və qazi ailəsinin təhsil xərcləri ödənilib.

Qeyd olunub ki, daha 16 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 53 şəxsin tibb xərclərinin ödənilməsi və 4 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Azvision.az


Teqlər: YAŞAT   Fond   Şəhid-ailəsi   Qazi  





Xəbər lenti