Bağçalar fəaliyyətini davam etdirəcək

 Bağçalar fəaliyyətini davam etdirəcək
  05 Aprel 2021    Oxunub:1813
Sabahdan Abşeron rayonunda olan bütün bağçalar fəaliyyət göstərəcək.
Bu barədə Azvision.az -a Abşeron Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, bu gün bağçalar müəyyən səbəbdən işləməyib, sabahdan fəaliyyətə davam edəcəklər.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsindən isə saytımıza bildirilib ki, paytaxtdakı dövlət məktəbəqədər təhsil müəssissələrinin fəaliyyəti davam edir.

“Bağçalarda çalışan işçi heyətin qısa müddət ərzində tam tərkibdə peyvənd olunması ilə bağlı tapşırıq verilib”, - deyə məlumatda vurğulayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bütün bağça əməkdaşları vaksinasiyadan keçdikdən sonra müəssisələrin fəaliyyəti ilə bağlı qərar veriləcək.

Xatırladaq ki, təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayım zamanı məktəblərdən fərqli olaraq 4 şəhər və bir rayonda bağçaların fəaliyyət göstərəcəyini açıqlamışdı. Lakin bu gün valideynlərə övladlarını bağçalara gətirməmələri tövsiyə olunub.

Azvision.az



Teqlər: Bağça  






Xəbər lenti