ÜST rəhbəri İlham Əliyevə təşəkkür etdi

  05 Aprel 2021    Oxunub : 1357
 ÜST rəhbəri İlham Əliyevə təşəkkür etdi
Azərbaycan Prezidenti ilə bu həftə söhbət zamanı fürsətdən istifadə edərək COVID-19-a qlobal reaksiyaya maliyyə dəstəyi, ÜST ilə əməkdaşlıq, "VaccinEquity"nin təbliğinə, Qoşulmama hərəkatı ölkələri arasında həmrəyliyə görə təşəkkür etdim.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus "Twitter" səhifəsində yazıb.

ÜST rəhbərinin sözlərinə görə, daha əvvəl o, Azərbaycan Prezidenti İlham Əliyevlə Vaksin Equity (ÜST-nin peyvəndlərin ədalətli paylanması kampaniyası) mövzusunda çox konstruktiv dialoq aparıb.

"Prezidentə öhdəliklərinə görə təşəkkür etdim, ÜST-COVAX tərəfdaşlığının qarşıdakı bir neçə gün ərzində Azərbaycana ilk peyvəndi almasına dəstək verməyə hazır olduğuna əmin etdim. Bir yerdəyik!”, - ÜST rəhbəri əlavə edib.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: ÜST   Azərbaycan