Putin Paşinyanla Qarabağı müzakirə edəcək

 Putin Paşinyanla Qarabağı müzakirə edəcək
  05 Aprel 2021    Oxunub:2026
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 7-də Moskvada keçiriləcək görüş zamanı Dağlıq Qarabağdakı problemlərin həlli, inteqrasiya prosesləri ilə bağlı addımları müzakirə edəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Aprelin 7-də Moskvada Rusiya Prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqlar aparılacaq. Görüşdə Dağlıq Qarabağa dair Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasının gedişatına, həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində regiondakı mövcud problemlərin həllinə dair gələcək addımlara baxılması planlaşdırılır”, - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: DağlıqQarabağ  





Xəbər lenti