ABŞ-da virusdan ölənlərin sayı 555 mini ötdü

ABŞ-da virusdan ölənlərin sayı 555 mini ötdü
  05 Aprel 2021    Oxunub:1413
ABŞ-da son sutka ərzində 34 282 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Birləşmiş Ştatlarda bir gündə virusa yoluxmuş 222 nəfər dünyasını dəyişib.

Ümumilikdə isə ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 30,7 milyonu keçib, ölənlərin sayı isə 555 min nəfərə yüksəlib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Koronavirus   ABŞ  





Xəbər lenti