İranda koronavirusun dördüncü dalğası başlayıb

İranda koronavirusun dördüncü dalğası başlayıb
  05 Aprel 2021    Oxunub:2146
İranda koronavirusun dördüncü dalğası bütün ölkə ərazisində başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

"Hazırda İranın bütün əyalətlərində koronavirusun dördüncü dalğası başlayıb, yoluxma sayında artım var”, - nazirlik rəsmisi bildirib.

Onun sözlərinə görə, yoluxmanın artmasına yeni il tətilləri, vətəndaşların bayram günlərindəki gəzintiləri səbəb olub.

“Ümid edirik ki, yaxın aylarda ölkədə koronavirus əleyhinə peyvənd tədarükü və vaksin istehsalı ilə əlaqədar xəstələrin sayı azalacaq".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Koronavirus   İran  





Xəbər lenti