Türkiyədə koronavirusdan ölüm sayı yenə artdı

   Türkiyədə koronavirusdan ölüm sayı yenə artdı
  06 Aprel 2021    Oxunub:2852
Türkiyədə son sutka ərzində 193 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 42 min 551 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 529 min 601, pandemiya qurbanlarının sayı isə 32 min 456 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 130 min 977 pasiyent (son sutkada 25 627 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti