Koronavirusa yoluxanların sayı 132 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 132 milyonu keçdi
  06 Aprel 2021    Oxunub:1982
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə COVID-19 virusuna yoluxma sayı 132 milyon 239 min 889-a çatıb.

Pandemiya qurbanlarının sayı 2 milyon 869 min 848 nəfərdir. İndiyədək 106 milyon 456 min 481 nəfər infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 98 min 173 koronavirus xəstəsinin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti