Qocalıq bu yaşdan başlayır
Alimlər kəşflərini belə izah edirlər ki, insan 39 yaşında insanda myelin maddəsinin ifrazı azalır. Myelin qatı sinir hüceyrəsi neyronlarının üzərini örtərək onları kənar mənfi təsirlərdən qoruyur. Məhz Myelin ifrazının dayanması orqanizmin hərəkət və idrak funksiyasının zəifləməsinə səbəb olur. Həmçinin məlumdur ki, myelin örtüyünün zədələnməsi dağınıq skleroz kimi qorxulu xəstəliklə nəticələnir.
Qeyd edək ki, aparılan araşdırmalarda 23-80 yaş arası könüllülər iştirak edib. İştirakçılardan müxtəlif hərəkətləri yerinə yetirmələri xahiş olunub, alimlər isə həmin hərəkətlərin sürətini ölçüblər. Bununla yanaşı könüllülərin orqanizmində myelinin səviyyəsi də ölçülüb.
Nəticədə ortaya çıxan müəyyən qanunauyğunluğa əsasən belə qərara gəliblər ki, insanın fəallığının və myelin ifrazının pik həddi 39 yaşa təsadüf edir. Bu yaş sərhədini keçdikdən sonra orqanizmdə myelin ifrazının azalması ilə qocalma prosesi başlayır.
Səbinə Həsənova
AzVision.az