Yaponiya Baş naziri peyvəndin ikinci dozasını vurdurdu

Yaponiya Baş naziri peyvəndin ikinci dozasını vurdurdu
  06 Aprel 2021    Oxunub:1398
Yaponiyanın Baş naziri Yoşihide Suqa koronavirusa qarşı “Pfizer” vaksininin ikinci dozasını alıb.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Suqa daha əvvəl bildirmişdi ki, peyvənd qərarını ABŞ-a səfərindən əvvəl ehtiyat tədbiri kimi qəbul edib.

Qeyd edək ki, 16 aprel tarixində Yaponiya baş nazirinin ABŞ Prezidenti Co Bayden ilə görüşü planlaşdırılır. O, Baydenlə görüşəcək ilk dünya lideri olacaq.

Daha əvvəl isə Yaponiya hökumətinin vətəndaşlara koronavirus üçün hansı vaksini seçmələrini təmin edəcək bir qurumun yaradılması imkanlarını nəzərdən keçirdiyi məlum olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Yaponiya  





Xəbər lenti