Ermənilər Türkiyədə başqan olmaq istəyirlər

Ermənilər Türkiyədə başqan olmaq istəyirlər
  28 Fevral 2014    Oxunub:890
Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə iki erməni əsilli şəxs namizədliyini verib.
AzVision.az-ın məlumatına görə, onlar öz namizədliklərini Milliyətçi Hərəkət Partiyasından (MHP) irəli sürüblər. MHP-nın Bakırköy bələdiyyə məclisinin namizədləri arasında yer alan 67 yaşlı Nerses Yeramyanın atası erməni, anası isə rumdur.

Mərmərə Universitetində diş həkimliyi fakultəsində təhsil alıb, bir müddət universitetdə müəllim işləyib. Yeramyan erməni dilində oxuya bilmədiyini, amma çox yaxşı bu dildə danışdığını qeyd edib.

Eyni zamanda o bildirib ki, indiyə qədər heç vaxt Ermənistanda olmayıb. Bələdiyyəyə digər namizəd isə Amasya doğulan Elmas Giragosdur. O, bildirib ki, erməni əsilli olsa da Türkiyə vətəndaşıdır.


Teqlər:  





Xəbər lenti