Rusiya Donbasa görə Vaşinqtona xəbərdarlıq edib

 Rusiya Donbasa görə Vaşinqtona xəbərdarlıq edib
  06 Aprel 2021    Oxunub:1180
Moskva və Vaşinqton nümayəndələri Donbasdakı vəziyyətlə bağlı təmasda olublar.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Donbasdakı vəziyyətlə bağlı ABŞ administrasiyası ilə təmaslarımız olub. Baş verənləri Amerika tərəfinə hərtərəfli izah etdik", - deyə Ryabkov əlavə edib.

Onun sözlərinə görə, Ukraynanın şərqində Kiyev və ABŞ başda olmaqla Qərbdəki havadarları tərəfindən getdikcə daha təxribatçı və çağırışçı siyasi xətt aparıldığı müşahidə olunur.

"Vaşinqton bu koordinasiya edilmiş siyasətin nəticələrindən narahat olmalıdır. Bu mövzuya qayıtmaq üçün artıq bir səbəb görmürəm".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Donbas  





Xəbər lenti