Koçaryan Moskvada Putinlə danışıb

 Koçaryan Moskvada Putinlə danışıb
  06 Aprel 2021    Oxunub:1790
Ermənistanın ikinci prezidenti Robert Koçaryan Moskvada olduğu müddətdə Rusiya Prezidenti Vladimir Putinlə söhbət edib.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd olunub ki, tərəflər arasında bir saat davam edən söhbət koronavirusla bağlı vəziyyətə görə onlayn aparılıb. Bildirilıb ki, onlar Ermənistandakı və bölgədəki vəziyyəti müzakirə ediblər.

İkinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan xəbərə münasibət bildirməyib.

Qeyd edək ki, sabiq dövlət başçısı fevralın 3-dən 8-dək Rusiyanın "Sistema" investisiya şirkətinin direktorlar şurasının iclasında iştirak etmək üçün paytaxt Moskvaya səfər edib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya   Ermənistan  



Xəbər lenti