Rusiyada pandemiya qurbanlarının sayı 101 mini ötdü

Rusiyada pandemiya qurbanlarının sayı 101 mini ötdü
  06 Aprel 2021    Oxunub:1259
Rusiyada son sutka ərzində koronavirusa 8328 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 597 868 nəfərə çatıb.

Rusiyada son bir gündə 389 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 101 106 nəfərdir. İndiyədək 4 220 035 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Rusiya  





Xəbər lenti