Lavrov və Kerri Dehlidə görüşüb

  06 Aprel 2021    Oxunub : 874
Lavrov və Kerri Dehlidə görüşüb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasında Dehlidə qısa görüş olub.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

Məlumata görə, görüş rus və amerikalı diplomatların qaldığı oteldə baş tutub. Lavrov və Kerri iqlim gündəmini müzakirə ediblər.

Lavrov Dehlidə işgüzar səfərdədir. ABŞ prezidentinin xüsusi nümayəndəsi virtual iqlim zirvəsinə hazırlıqlar üçün Hindistana gedib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ConKerri