İƏT nümayəndələri Ağdamda namaz qıldılar

   İƏT nümayəndələri Ağdamda namaz qıldılar
  06 Aprel 2021    Oxunub:1640
Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Cümə məscidində olublar.
Azvision.az xəbər verir ki, daimi nümayəndələr məsciddə ermənilərin törətdikləri barbarlıqla tanış olublar.

Onlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verilib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri məsciddə namaz qılıb, dualar ediblər.

Azvision.az


Teqlər: Ağdam   Cümə   Məscid   İƏT  





Xəbər lenti