Netanyahuya yeni hökuməti qurmaq tapşırıldı

Netanyahuya yeni hökuməti qurmaq tapşırıldı
  06 Aprel 2021    Oxunub:1442
İsrail prezidenti Reuven Rivlin Likud partiyasının sədri Binyamin Netanyahuya yeni koalisiya hökumətini formalaşdırmağı tapşırıb.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, 52 deputat prezidentə koalisya hökuməti formalaşdırmaq üçün Netanyahuya mandat verməyi təklif edib.

Prezident deyib ki, namizədlərin heç biri 61 deputatın səsini ala bilmədiyi üçün hökuməti qurma funksiyalarını Binyamin Netanyahuya həvalə edir.

B.Netanyahu 28 gün ərzində koalisiya hökuməti formalaşdırmalıdır. Əgər bu müddət ərzində hökuməti qura bilməsə, baş nazir prezidentdən mandatının daha 14 gün uzadılmasını istəyə bilər. Bu müddətdə də koalisiya qurulmazsa, mandat başqa deputata verilə və ya parlamentə qaytarıla bilər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: BinyaminNetanyahu  



Xəbər lenti