“Putin Koçaryanla tez-tez ünsiyyət qurur” - Peskov

“Putin Koçaryanla tez-tez ünsiyyət qurur” -  Peskov
  06 Aprel 2021    Oxunub:2348
Rusiya prezidenti Vladimir Putin ötən həftə Ermənistanın sabiq prezidenti Robert Koçaryanla telefonla danışıb.
Azvision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Təsdiq edə bilərəm ki, həqiqətən də telefonla danışıblar. Bilirsiniz ki, onların uzunmüddətli yaxşı münasibətləri var və tez-tez ünsiyyət qururlar", - deyə Peskov vurğulayıb.

Daha əvvəl bildirilib ki, Putinlə Koçaryan Ermənistandakı və bölgədəki vəziyyəti müzakirə ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  



Xəbər lenti