Azərbaycan və Türkiyə birgə əməliyyat-taktiki təlimləri keçiriləcək

   Azərbaycan və Türkiyə birgə əməliyyat-taktiki təlimləri keçiriləcək
  06 Aprel 2021    Oxunub:3699
Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən aprelin 8-də hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayacaq.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ölkəmizdə təşkil olunacaq təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçiriləcək.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.

Azvision.az


Teqlər: Azərbaycan   Türkiyə   Təlim   Ordu  





Xəbər lenti