"Çernobıl" serialının aktyoru vəfat edib

"Çernobıl" serialının aktyoru vəfat edib
  06 Aprel 2021    Oxunub:1638
Britaniyalı kino və teatr aktyoru Pol Ritter 55 yaşında beyin xərçəngindən vəfat edib.
Azvision.az "The Guardian"a istinadən xəbər verir ki, Ritter bu gün gecə evində vəfat edib.

Pol ilk filminə 1992-ci ildə çəkilib. O, "Çernobıl" serialındakı mühəndis Anatoli Dyatlov rolu ilə tamaşaçılara yaxından tanışdır. Həmçinin, “Harri Potter”, "Rembonun oğlu", "Doqquzuncu Legionun Qartalı" və digər filmlərdə rol alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: PolRitter  





Xəbər lenti