Cəbhədə vəziyyətimiz

Cəbhədə vəziyyətimiz
  28 Mart 2013    Oxunub:1407
Mövqelərimiz bir neçə istiqamətdən atəşə tutulub.
Müdafiə Nazirlyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun işğal olunmuş Mərzili, Sarıcalı və Kəngərli, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti