Paşinyan generalı işdən çıxardı

Paşinyan generalı işdən çıxardı
  06 Aprel 2021    Oxunub:2681
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyan baş nazir Nikol Paşinyanın müşaviri vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan müvafiq qərar imzalayıb.

Xatırladaq ki, Arşak Karapetyan Aprel döyüşlərindən sonra Ermənistan Baş Qərargahının kəşfiyyat şöbəsinin rəisi vəzifəsindən çıxarılıb. 17 dekabr 2018-ci ildə Paşinyan onu özünə müşavir təyin edib.

Məlumata görə, Karapetyan 1 mart 2008-ci il hadisələri barədə ifadə verməyə razı olduğu üçün müşavir vəzifəsinə gətirilmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti