ÜST “peyvənd pasportu”nu dəstəkləmədi

ÜST “peyvənd pasportu”nu dəstəkləmədi
  07 Aprel 2021    Oxunub:1808
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir.
Azvision.az xəbər verir ki, bu barədə ÜST rəsmisi Marqaret Harris deyib.

"ÜST olaraq peyvənd pasportunu giriş-çıxış tələbi olaraq görmək istəmədiyimizi bəyan edirik, çünki bu mərhələdə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına əmin deyilik", -deyə Harris bildirib.

ÜST sözçüsü, həmçinin əlavə edib ki, bu, müxtəlif səbəblərdən peyvənd oluna bilməyən insanlara qarşı ayrı-seçkilik məsələsini ortaya çıxaracaq.

Azvision.az


Teqlər: ÜST  



Xəbər lenti