Ukraynanın Baş Qərargah rəisi istefaya göndərildi

Ukraynanın Baş Qərargah rəisi istefaya göndərildi
  28 Fevral 2014    Oxunub:1201
Yenicə bu vəzifəyə təyin olunan General Yuri İlyin istefaya göndərilib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Baş Qərargah rəisi Yuri İlyinin istefası barədə qərarı Ali Rada sədri Aleksandr Turçinov imzalayıb. Onun istefaya göndərilməsinin səbəbləri söylənilmir.

Xatırladaq ki, İlyin bu vəzifəyə fevralın ortalarında təyin olunmuşdu. Müvafiq qərarı Yanukoviç hakimiyyətdən kənarlaşdırlmazadan bir həftə öncə imzalamışdı. Bundan öncə, o, Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edirdi.

Baş Qərargah rəisi təyin olunduqdan sonra Yuri İlyin ordunun ölkədəki siyasi proseslərə qarışmayacağını bildirmişdi. Lakin bəzi məlumatlara görə, aksiyalar zamanı o, meydandakı kütləyə güc tətbiqi barədə göstəriş vermişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti