Dünyada koronavirusa yoluxma sayı 133 milyonu keçdi
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 878 min 246 nəfərdir. İndiyədək 107 milyon 289 min 168 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
İkinci sırada Braziliya gəlir. İndiyədək bu ölkədə 13 106 058 yoluxma qeydə alınıb. Onlardan 337 364 nəfəri vəfat edib.
Üçüncü sırada yer alan Hindistanda pandemiya dövründə 12 801 785 nəfərdə virus aşkar edilib. Xəstələrdən 166 208 nəfəri həyatını itirib.
Dördüncü yerdə qərarlaşan Fransada 4 841 308 yoluxma, 97 273 ölüm faktı qeydə alınıb.
Siyahıda beşinci olan Rusiyada 4 597 868 nəfər virusa yoluxub ki, onlardan 101 106-sı ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Statistika







Vaxtında, Aydın, Lazımlı!


