Almaniyada COVID-19-dan ölüm sayı artdı

Almaniyada COVID-19-dan ölüm sayı artdı
  07 Aprel 2021    Oxunub:1058
Almaniyada son bir gündə 9677 nəfər koronavirus infeksiyasına yoluxub, 298 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 910 445 yoluxma halı aşkarlanıb, 77 401 ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Almaniyada karantin rejimi 18 aprelədək uzadılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti