Jurnalistlərin Zəngilana səfəri başlayıb

 Jurnalistlərin Zəngilana səfəri başlayıb
  07 Aprel 2021    Oxunub:1721
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist işğaldan azad edilmiş Zəngilan rayonuna səfərə gedib.
Azvision.az xəbər verir ki, səfərin məqsədi işğal dövründə Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilməsidir.

Həmçinin, səfər zamanı jurnalistlər Zəngilan şəhərinin girişində meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirəcəklər və ərazidə ağaclar əkəcəklər.

Daha sonra rayonun Vənədli kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, Sarıqışlaq kəndi yaxınlığında yerləşən “Zəngilan əhəng xammalı yatağı”na və Ördəkli kəndi ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baxış keçiriləcək.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zəngilan  





Xəbər lenti