Əfqanıstanda 6 təhlükəsizlik əməkdaşı öldürülüb

Əfqanıstanda 6 təhlükəsizlik əməkdaşı öldürülüb
  07 Aprel 2021    Oxunub:1298
Əfqanıstanda təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücum olub.
Azvision.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Tahardakı hərbi düşərgəyə “Taliban” radikal hərəkatı yaraqlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı altı üzvü öldürülüb.

Hücum gecə yarısı baş verib. “Taliban”ın səkkiz yaraqlısı məhv edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Hücum  





Xəbər lenti