Rusiya səfiri hələ ABŞ-a qayıtmayacaq

Rusiya səfiri hələ ABŞ-a qayıtmayacaq
  07 Aprel 2021    Oxunub:2089
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Vaşinqtona qayıtması yaxın günlərin məsələsi deyil.
Azvision.az xəbər verirn ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, hansı addımların atılacağı zamanla müəyyən ediləcək. Ryabkov əlavə edib ki, qarşı tərəfdən münasibətlərimizin nisbətən normallaşması üçün istək nümayiş etdirilməsini gözləyirik.

Rusiya səfiri məsləhətləşmələr aparmaq üçün martın 20-də Vaşinqtondan Moskvaya geri çağırılıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Rusiyanı 2020-ci il seçkilərinə müdaxilə etməkdə günahlandırdıqdan və Prezident Vladimir Putini "qatil" hesab etdiyini söylədikdən sonra səfir təcili məsləhətləşmələr aparmaq üçün Moskvaya çağırılıb.

"Kommersant"ın mənbələrinə görə, səfir ABŞ-a 4 apreldə qayıtmalı idi, lakin daha sonra bu, qeyri-müəyyən müddətə təxirə salınıb. 1 aprel tarixində Rusiya Xarici işlər naziri Sergey Lavrov diplomatın geri dönmə tarixini prezidentin təyin edəcəyini bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Rusiya   Səfir  





Xəbər lenti