Paşinyanın işdən qovduğu general vəzifəyə gətirilir
Aprelin 6-da Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat şöbəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyan Paşinyanın müşaviri vəzifəsindən azad edilib.
Məlumata görə, Karapetyan Baş Qərargah rəisi Artak Davtyanın yaxın dostudur.
Davtyanın oğlunun toyu səbəbiylə istefasından sonra yeni bir vəzifəyə - Hərbi Sənaye Komitəsinin rəhbərinə təyin olunmasına kömək edən Karapetyan olub. Yenidən Baş Qərargah rəisi olan Davtyan dostunu Silahlı Qüvvələrə qaytarmaq qərarına gəlib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ArşakKarapetyan







Vaxtında, Aydın, Lazımlı!


