Deputat Qırğızıstandakı referendumu izləyəcək

Deputat Qırğızıstandakı referendumu izləyəcək
  07 Aprel 2021    Oxunub:1649
Milli Məclisin deputatı Vüqar İskəndərov Qırğız Respublikasında keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfərə gedəcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildiriblər ki, Vüqar İskəndərov TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının tərkibində Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün aprelin 11-də keçiriləcək ümumxalq səsverməsinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü səsvermə prosesini müşahidə edəcək.

Səfər aprelin 14-də başa çatacaq.

Azvision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti