Tehran İran gəmisindəki partlayışı təsdiqlədi

Tehran İran gəmisindəki partlayışı təsdiqlədi
  07 Aprel 2021    Oxunub:1393
Tehran Qırmızı dənizdə İrana məxsus “Saviz” gəmisində partlayışın olmasını təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib. O bildirib ki, partlayışın səbəbləri araşdırılır.

"Cibuti sahillərində Qırmızı dənizdə partlayış nəticəsində İranın “Saviz” ticarət gəmisi yüngül ziyan görüb”, - deyə diplomat vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Gəmi  





Xəbər lenti