Rusiyada daha 374 nəfər koronavirusdan ölüb

Rusiyada daha 374 nəfər koronavirusdan ölüb
  07 Aprel 2021    Oxunub:1590
Rusiyada son sutka ərzində koronavirusa 8294 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 606 162 nəfərə çatıb.

Rusiyada son bir gündə 374 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 101 480 nəfərdir. İndiyədək 4 229 480 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti