Şoyqu ilə Arutyunyan Qarabağı müzakirə etdi

 Şoyqu ilə Arutyunyan Qarabağı müzakirə etdi
  07 Aprel 2021    Oxunub:2654
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Vaqarşaq Arutyunyan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirlər Dağlıq Qarabağdakı vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər:

"7 aprel tarixində Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanla telefon danışığı aparıb. Müdafiə nazirliklərinin rəhbərləri Dağlıq Qarabağdakı nizamlama ilə bağlı vəziyyəti və eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyŞoyqu  





Xəbər lenti