“İstəyirəm ki, heç vaxt müharibə olmasın” - Çingiz Abdullayevlə söhbət

 “İstəyirəm ki, heç vaxt müharibə olmasın” -  Çingiz Abdullayevlə söhbət
  07 Aprel 2021    Oxunub:6511
“İnsanın zənginliyi onun ağlıdır”

Bu gün Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür. 62 yaşını qeyd edən məşhur yazar ad günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Çingiz müəllim, sizi təbrik edirik, yeni yaşa qədəm qoydunuz. Deyirlər, yaş kişinin var-dövlətidir. Bununla bağlı nə düşünürsünüz?

-Yaşdan var-dövlət olmaz. İnsanın zənginliyi onun ağlıdır. Ağıl varsa, o zəngin insandır.

- 62-dən geriyə boylananda hansı illərin xiffətini çəkirsiniz?

- Bütün illərim əzizdir. Heç bir günümə qıya və ya dəyişə bilmərəm.

- Daha çox kimin təbriki ürəyinizə yağ kimi yayılıb?

- Nəvələrim xaricdən gəliblər. Ad günümdə onların yanımda olması bir baba kimi məni qürurlandırdı. Bundan böyük xoşbəxtlik nə ola bilər ki?! Onların boynuma sarılması dünyaya bərabərdir.

Doğum gününüzü Qarabağın azad olunduğu bir zamanda qeyd edirsiniz. Bu, sizin üçün iki qat bayramdır?

- Bizdə həmişə deyirlər ki, belə bayramlar çox olsun, amma mən istəyirəm ki, qələbəmiz əbədi olsun. Daha heç vaxt müharibə olmasın. Uşaqlarımız həlak olmasın, şəhid verməyək, Qarabağ əbədi Azərbaycanda qalsın.

Qeyd edək ki, Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ÇingizAbdullayev  





Xəbər lenti