Çexiyanın səhiyyə naziri istefaya göndərildi

Çexiyanın səhiyyə naziri istefaya göndərildi
  07 Aprel 2021    Oxunub:1387
Çexiyanın Baş naziri Andrey Babis ölkənin səhiyyə naziri Yan Blatnını istefaya göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Çexiya mətbuatı məlumat yayıb.

Məlumata görə, bu vəzifəni Praqa bölgəsindəki Fakültətiv xəstəxananın hazırkı baş həkimi Petr Arenberger tutacaq. O, bu gündən vəzifəsinə başlayacaq.

Öz növbəsində, Blatı isə işdən çıxarılmasını siyasi sifarişli hesab etdiyini söyləyib. O, işinə dürüst yanaşdığını, bütün bilik və bacarığından istifadə etdiyini vurğulayıb.

Areberger koronavirus pandemiyası dövründə Çexiyanın dördüncü səhiyyə naziri olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çexiya  





Xəbər lenti