Berluskoni yenidən xəstəxanaya yerləşdirildi

Berluskoni yenidən xəstəxanaya yerləşdirildi
  07 Aprel 2021    Oxunub:1278
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni yenidən xəstəxanaya yerləşdirilib.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

Qeyd olunub ki, siyasətçi bu gün Milandakı “San Raffaele” klinikasında müayinədən keçib, həkimlər onu tibb müəssisəsində saxlamağa qərar veriblər.

Məlumata görə, 84 yaşlı Berluskoni Pasxa tətilini qızını ziyarət etməklə keçirib. O, xəstəxanaya helikopterlə gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SilvioBerluskoni  





Xəbər lenti