Türkiyədə hərbi təyyarə qəzaya uğradı: Ölən var

 Türkiyədə hərbi təyyarə qəzaya uğradı:  Ölən var
  07 Aprel 2021    Oxunub:1478
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, “Türk Ulduzları”na məxsus NF-5 tipli təyyarə Konya ərazisində təlim uçuşu zamanı qəzaya düşüb, nəticədə pilot həlak olub.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Təyyarə   Qəza  





Xəbər lenti