Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi
  07 Aprel 2021    Oxunub:1637
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada təyyarə qəzasında pilotun həlak olması ilə bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, Türkiyə lideri bu barədə Tvitter hesabında yazıb.

“Konyada təlim uçuşu zamanı təyyarənin qəzaya uğradığını və pilotumuzun təəssüf ki, şəhid olduğunu böyük üzüntü ilə öyrəndim. Allahdan şəhidimizə rəhmət diləyir, ailəsinə, yaxınlarına, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı verirəm".

Qeyd edək ki, “Türk Ulduzları”na məxsus NF-5 tipli təyyarə Konya ərazisində təlim uçuşu zamanı qəzaya düşüb, nəticədə pilot həlak olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti