Füzulidə erməni hərbçinin cəsədi tapıldı

Füzulidə erməni hərbçinin cəsədi tapıldı
  07 Aprel 2021    Oxunub:1759
Azərbaycan tərəfi Qarabağdakı döyüşlərdə məhv edilmiş daha bir erməni hərbçinin cəsədini qarşı tərəfə təhvil verib.
Azvision.az xəbər verir ki, cəsədin qalıqları Füzuli rayonunda aşkarlanıb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası aparılacaq.

Axtarışlar aprelin 8-də Cəbrayılda davam etdiriləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1530 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti