“Paşinyan Kremldə özünü müftəxor kimi aparır” - Korotçenko

 “Paşinyan Kremldə özünü müftəxor kimi aparır” -    Korotçenko
  08 Aprel 2021    Oxunub:2132
“Paşinyan Kremldəki danışıqlarda özünü tərəfdaş kimi yox, müftəxor kimi aparır. Ondan soruşmaq istərdim: İşləməyə çalışmısınız?”

Bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Telegram kanalında bildirib.
“Boş-bekarlar kütləsi İrəvanda dolaşır, mitinqlər keçirir, işləmək istəmirlər. Rusiya isə onlara subsidiya, güzəştli kreditlər verməlidir, silah tədarük etməlidir, onların təhlükəsizliyini təmin etməlidir. Bəlkə, onlara sadəcə rus general-qubernatoru lazımdır?”, - deyə tanınmış ekspert vurğulayıb.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Azvision.az


Teqlər: İqorKorotçenko  





Xəbər lenti