Türkiyədə gündəlik yoluxma sayı 55 minə çatır

  07 Aprel 2021    Oxunub : 1055
 Türkiyədə gündəlik yoluxma sayı 55 minə çatır
Türkiyədə son sutka ərzində 276 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 54 min 740 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 633 min 925, pandemiya qurbanlarının sayı isə 32 min 943 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 194 min 978 pasiyent (son sutkada 35 503 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az

Teqlər: Türkiyə   Koronavirus