Pandemiya qurbanlarının sayı 2,9 milyonu keçdi

 Pandemiya qurbanlarının sayı 2,9 milyonu keçdi
  08 Aprel 2021    Oxunub:1227
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 133 milyon 698 min 881 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 901 min 132 nəfərdir. İndiyədək 107 milyon 828 min 880 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 517 585 nəfər koronavirusa yoluxub, 9264 nəfər isə dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 637 243 nəfər virusa yoluxub, 572 849 pasiyent dünyasını dəyişib.

İkinci sırada Braziliya gəlir. İndiyədək bu ölkədə 13 197 031 yoluxma qeydə alınıb. Onlardan 341 097 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Hindistanda pandemiya dövründə 12 928 574 nəfərdə virus aşkar edilib. Xəstələrdən 166 892 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Fransada 4 841 308 yoluxma, 97 722 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 606 162 nəfər virusa yoluxub ki, onlardan 101 480-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti