Yuliya Timoşenko da prezidentliyə namizəd olacaq

Yuliya Timoşenko da prezidentliyə namizəd olacaq
  28 Fevral 2014    Oxunub:1545
Bu barədə “UDAR” partiyasının sədri Vitali Kliçko məlumat verib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Ukraynanın keçmiş naz naziri Yuliya Timoşenko mayın 25-də keçiriləcək prezident seçkilərinə namizəd olacaq.

“Yaxınlarda Timoşenko ilə danışmışam. O da mayın 25-də prezident seçkilərində iştirak etmək niyyətindədir. O bu barədə əvvəllər heç nə deməsə də, söhbət əsnasında xəbəri təsdiqləyib””-deyə Kliçko keçirdiyi brifinqdə məlumat verib.

Prezidentliyə namizəd olduğunu artıq təsdiqləmiş Vitali Kliçko yaxınlara qədər bir düşərgədə olan 2 müxalifət liderinin seçkilərdə rəqib olmasını qəribə adlandırıb.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti